20.01.2020

IX sinif şagirdlərinin buraxılış imtahanlarının I mərhələsinə hazırlıq məqsədilə  sınaq imtahanı keçirilib

18 yanvar tarixində Ağsu Rayon Təhsil Şöbəsinin  təşkilatçılığı ilə IX sinif şagirdlərinin buraxılış imtahanlarının I mərhələsinə hazırlıq məqsədilə növbəti mərkəzləşmiş sınaq imtahanı keçirilib.

İmtahanda  rayonun bütün  ümumtəhsil məktəblərindən 661 şagird iştirak edib. Onlar Azərbaycan-dili, riyaziyyat və xarici dil fənlərindən cəmi  45 sual olmaqla test bankını cavablandiriblar.Sınaq imtahanında  həmçinin dınləmə mətnindən də istifadə olunub.

Qeyd edək ki, bu tipli imtahanların keçirilməsi buraxılış imtahanlarında şagirdlərin daha sərbəst olmaları və yüksək nəticə göstərmələrinə şərait yaradır.

İmtahan nəticələrinin yaxın günlərdə elan ediləcəyi gözlənilir.

 


Açar sözlər: ,  ,  ,  ,