19.01.2020

"20 Yanvar qan yaddaşımızdır" mövzusunda rəsm müsabiqəsi keçirilib

  17 yanvar tarixində Ağsu şəhər 4 №-li tam orta məktəbdə Ağsu Rayon Təhsil Şöbəsinin tabeliyində olan  ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan "20 Yanvar qan yaddaşımızdır" mövzusunda rəsm müsabiqəsi keçirilib.

  Ağsu Rayon Təhsil  Şöbəsinin təşkilatçılığı ilə keçrilən  rəsm  müsabiqəsinə rayonun 25 ümumtəhsil müəssisəsindən 65 nəfər rəsm həvəskarının 225 ən yaxşı əl işi təqdim olunub.

  Ağsu şəhər 4 №-li tam orta məktəbdə  olan birici turda seçilən 10 ən yaxşı rəsm əsərinin müəllifi ikinci gün Ağsu şəhər 1 saylı məktəb-liseyin zalında öz bacarıqlarını canlı göstəriblər.

  İki saat ərzində çəkilən rəsmləri qiymətləndirən müsabiqə komissiyası sonda dörd ən yaxşı əl işini elan edib

.       Sonda qaliblər mükafatlandırılıb