16.01.2020

Azərbaycanın  Milli  Qəhrəmanı  Şamil  Ağasəf  oğlu  Ramazanova  həsr olunmuş “Vətənə  bağışlanan ömür” adlı  tədbir keçirilib

    15 yanvar  tarixində S.Mikayılov  adına  Rəhimli  kənd tam orta  məktəbində  Azərbaycanın Milli  Qəhrəmanı  Şamil  Ağasəf  oğlu  Ramazanova  həsr olunmuş “Vətənə  bağışlanan ömür” adlı  tədbir keçirilib.

    Tədbirdə  Ağsu Rayon İcra  Hakimiyyətinin,  Ağsu  Rayon Polis Şöbəsinin, Rəhimli  kənd Ərazi Bölgəsi  üzrə  İcra  Nümayəndəliyinin  nümayəndələri olmaqla,məktəbin  pedaqoji kollektivi,şagirdlər,valideyinlər və qəhrəmanın  qohumları  iştirak  edib.

      Çıxış edən natiqlər  Milli Qəhrəmanın  keçdiyi  şərəfli  ömür  yolundan  danışaraq, onun  həyatının  bu günki  gənclərə  örnək olduğunu vurğulayıblar.

     Tədbir  şagirdlərin  ifasında  hazırlanmış  bədii hissə ilə  davam etdirilib.