16.01.2020

Rafiq Hüseynov adına Kəndoba kənd tam orta məktəbində  "Azadlığa  gedən yollar" adlı tədbir  həyata keçirilib

15  yanvar  tarixində  Rafiq Hüseynov adına Kəndoba  kənd tam orta məktəbində   "20 Yanvar faciəsinin otuzuncu ildönümü"  ilə əlaqədar tədbirlər planına əsasən  müxtəlif  tədbirlər  həyata keçrilib.

20 Yanvar facıəsinin  ağır-acısını  özündə əks etdirən  tədbirlər  sənədli  filmlərdən,rəsm və inşa müsabiqələrindən ,hadisəni özündə əks etdirən   müxtəlif videoroliklərdən   ibarət  olub.

Məktəbin  pedaqoji  kollektivi,şagirdlər   və  valideynlərin  iştirak  etdiyi  tədbirlərdə  20  Yanvar   hadisələrinin  mahiyyəti bir daha  şagirdlərə çatdırılaraq, onlara   bu facədə həlak olanların  xatırəsinin əbədi olaraq xalqımızın qəlbində yaşayacağı bildirilib .

Çıxışlarda  həmçinin 1990-cı il 20 Yanvar hadisələrində  keçmiş sovet dövlətinin hərbi maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacağı da vurğulanıb.