13.01.2020

Respublika fənn olimpiadalarının birinci-rayon mərhələsi keçirilib

12 yanvar  tarixində Ağsu rayon ümumtəhsil məktəblərində təhsil alan məktəblilər arasında Respublika fənn olimpiadalarının birinci-rayon mərhələsi keçirilib.

Ağsu şəhər 1saylı məktəb-liseydə keçrilən olimpiadada  IX, X, XI sinif şagirdlərindən olmaqla, müraciət etmiş 356  şagirddən 355 nəfəri  iştirak  edib.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənnləri üzrə keçrilib.

Təhsil  Nazirliyinin  səlahiyyətli  nümayəndəsinin  iştirakı ilə  keçrilən olimpiada  3 saat davam edib.

Respublika fənn olimpiadalarının nəticələrinin  yaxın günlərdə elan edilməsi gözlənilir.