29.12.2019

Növbəti təhsilyanı şura iclası keçirilib

28 dekabr tarixində Ağsu Rayon Təhsil Şöbəsinin növbəti təhsilyanı şura iclası keçirilib.

Uşaq Yaradıcılıq Mərkəzində keçrilən iclasda şöbənin əməkdaşları, məktəb direktorları və digər pedaqoji işçilər iştirak edib.

Əsasən 2019-cu təqvim ilinin yekunlarına həsr olunan tədbirdə Ağsu Rayon Təhsi Şöbəsinin müdiri Səftər Əlabbasov hesabat məruzə ilə çıxış edərək, görülmüş işlərdən danışıb.

Şura iclasında dekabr ayında keçrilmiş kompleks monitorinqlərin nəticələri də müzakirə edilib .

Sonda məktəb rəhbərlərinə yanvar ayında keçriləcək tədbirlər  barədə də   məlumat  verilib.