13.12.2019

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib

Ağsu  rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbirləri  keçirilib.

Keçirilən  tədbirlərdə Rayon Təhsil Şöbəsinin rəhbərliyi, əməkdaşları, ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri və şagirdləri  də yaxından iştirak ediblər.

Tədbirlərin əsas hissəsinin keçrildiyi   Heydər Əliyev parkında  iştirakçılar Ulu Öndərin xatirəsinə ucaldılan abidənin önünə tər gül dəstələri düzüblər.