12.12.2019

"Narkomaniyaya  yox  deyək",  "Erkən  nigah"  və  "Dini ekstremizm"  mövzusunda  tədbir  keçirilib

10 dekabr   tarixində Ağsu Rayon Polis Şöbəsinin, Ağsu Rayon  Gənclər və İdman İdarəsinin  və  Ağsu Rayon Təhsil Şöbəsinin  birgə  təşkilatçılığı  ilə  Ağsu şəhər    4 saylı  tam   orta məktəbdə "Narkomaniyaya  yox  deyək",  "Erkən  nigah"  və  "Dini ekstremizm"  mövzusunda  tədbir  keçirilib.

Yuxarı sinif şagirdlərinin  və  pedaqoji  kollektivin   iştirak etdiyi  tədbirdə çıxış  edən  natiqlər  hər  üç  mövzunun  bugünki  həyatımızda oynadığı  mənfi rolu  önə çəkərək ondan qorunmağın yollarını   iştirakçıların diqqətinə  çatdırdılar.

Tədbirdə  həmçinin  narkomaniyanin  insan həyatındakı fəsadlarından bəhs edən videorolik  də nümayiş  etdirilib.

Sonda  təşkılatçılar onlara ünvanlanan sualları  cavablandırıblar.

 


Açar sözlər: ,  ,  ,  ,