09.12.2019

"M.C.Cəfərov Azərbaycan romantizmşünaslıq elminin banisidir" mövzusunda dəyirmi masa keçrilib

8 dekabr tarixində Ağsu şəhər 2 saylı tam orta məktəbdə akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar "M.C.Cəfərov Azərbaycan romantizmşünaslıq elminin banisidir" mövzusunda dəyirmi masa keçrilib.

Məktəbin müəllim və şagird heyətinin iştirakı ilə keçrilən tədbirdə   VIIb sinif şagirdləri sinif rəhbəri M.Məmmədovanın  iştirakı ilə akademikə həsr olunmuş təqdimatlar ediblər.

Təqdimatlardan  sonra  müzakirələrlə   davam etdirilən tədbirdə akademikin həyatına  həsr olunan videorolik də nümayiş etdirilib.

 


Açar sözlər: ,  ,  ,