20.11.2019

Ağsu Rayon Təhsil Şöbəsi yanında təhsilyanı  şuranın  iclası keçrilib

 19 noyabr  tarixdə Ağsu Rayon Təhsil Şöbəsi yanında təhsilyanı  şuranın geniş iclası keçrilib. Rayonun ümumtəhsil məktəbləri direktorlarının və direktor müavinlərinin iştirak etdiyi iclası giriş sözü ilə Rayon Təhsil Şöbəsinin müdiri S.Əlabbasov açdı və son bir il ərzində görülən işlər barədə slaydlardan istifadə etməklə iştirakçılar və Ağsu Rayon İcra Hakimiyyəti başçısı qarşısında geniş hesabat verdi.

Ağsu Rayon İcra Hakimiyyətinin başcısı Vahid Tağıyev iclasda çıxış edərək dövlət təhsil siyasətinin rayonda həyata keçrilməsi ilə əlaqədar təhsil işçiləri qarşısında duran vəzifələrdən danışdı, işdə yol verilmiş nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz vəzifələri diqqətə çatdırdı.

O, qeyd etdi ki, müasir Azərbaycanın daha da inkişaf etdirilməsi naminə yüksək intellektə malik vətənpərvər gənclərin yetişdirilməsi bu gün müəllimlər qarşısında duran şərəfli vəzifədir.Həmçinin o fikir də vurğulandı kipedaqoji işçilərmiz Azərbaycan Respublikasının prezdenti cənab İ.Əliyevin Azərbaycan təhsilinə göstərdiyi qayğıya əməli işləri ilə cavab verməlidirlər.

Sonda qarşılıqlı fikir mübadiləsi aparıldı.