15.11.2019

“Gələcək çempionlar aramızdadır” adlı tədbir keçrilib 

15 noyabr tarixində  Ağsu şəhər 3 saylı tam orta məktəbdə payız tətilinin başlaması ilə əlaqədar olaraq keçən müddət ərzində təhsil və idman sahəsində fərqlənmiş şagirdlərin məktəb tərəfindən də mükafatlandırılması  məqsədilə  “Gələcək çempionlar aramızdadır” adlı tədbir keçrilib .

Keçrilən tədbirdə məktəbin direktoru Leyla Rüstəmzadə çıxış edərək  təhsil,  idman və sair sahələrdə xüsusi istedadı ilə fərqlənmiş şagirdləri təbrik edərək onlara məktəb tərəfindən  verilmiş hədiyyələrli təqdim edib 

Mərasimdə  çıxış edən valideynlər  göstərilən diqqət və qayğıya görə məktəb rəhbərliyinə öz təşəkkürlərini bildirərək, övladlarının daha böyük uğurlar əldə etmələri üçün var gücləri ilə çalışacaqlarını bildirdilər .

 


Açar sözlər: ,  ,  ,  ,