09.11.2019

Ağsuda 9 noyabr – Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd olunub

Noyabrın 8-də səhər saatlarında rayon rəhbərliyi, ziyalılar,məktəbli-gənclər, ictimaiyyətin çoxsaylı nümayəndələri şəhərin mərkəzinə, üçrəngli bayraqlarla bəzədilən Heydər parkına gələrək Ümummilli Liderimizin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinin qarşısında məktəblilərin əl işlərindən ibarət Azərbaycan bayrağının təsvirləri ilə tanış olublar.Burada şagirdlər həmçinin bayrağımızı və dövlətçiliyimizi vəsf edən şeirlər söyləmiş,sədaqət andı içmişlər.

Təntənəli yığıncaqda Dövlət Himni səsləndirilib. Rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev tədbiri açaraq iştirakçıları bayram münasibətilə təbrik edib, dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın xalqımızın milli qürur mənbəyi olduğunu söyləyib

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva  “Dövlət Bayrağımız qürur mənbəyimizdir” mövzusunda məruzə edib. Məruzədə və çıxışlarda bildirilib ki, dövlətçiliyimizin, müstəqilliyimizin simvolu olan milli bayrağımız bundan sonra əsrlərboyu başımız üstündə dalğalanacaq və bizi qələbədən- qələbəyə aparacaqdır.

Rəsmi hissədən sonra Heydər parkında Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan yürüş iştirakçılarının qarşılanma mərasimi keçirilib. Rayonun ümumtəhsil məktəblərində təhsil alan  yuxarı sinif şagirdlərinin də təmsil olundiğu  500 nəfərdən ibarət gənc əllərində üçrəngli bayrağımızla Ağsu şəhərinin şimalından, Qəhrəmanlıq abidəsindən başlayaraq şəhərin mərkəzinə, Heydər parkınadək yürüş edib.

 Alqışlarla qarşılanan yürüş iştirakçıları parkda Ulu Öndərin abidəsi önünə gəlib, burada xatirə şəkli çəkdiriblər.

 


Açar sözlər: ,  ,  ,  ,