09.11.2019

Yeni məktəb binasının açılışı olub

6 noyabr tarixində Sarvan kənd ümumi orta məktəbinin  modul  tipli 96 yerlik yeni binasının açılışı olub.

Açılış mərasimində məktəbin kollektivi, valideynlər, Ağsu Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Natiq Heydərov, Ərəbsarvan kənd ərazisi  üzrə İcra nümayəndəsi Pərviz Heydərov, Ağsu Rayon İcra Hakimiyyətinin məsul işçisi Ruslan Cəfərov və digər şəxslər iştirak edib .

Çıxış edən natiqlər dövlətimizin elmə, təhsilə qayğı və himayəsindən söz açaraq, möhtərəm prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildiriblər .

Tədbirdə şagirdlərin ifasında şeir və mahnılar  ifa edilib .

Sonda tədbir iştirakçıları müasir inventar və avadanlıqlarla təchiz edilmiş sinif otaqları ilə tanış olublar