07.11.2019

Ağsu şəhər 3 №-li tam orta məktəbdə “Məndə sığar iki cahan” adlı əbəbi-bədii gecə keçrilib

Azərbaycan Respublikasının prezidenti cənab İ.Əliyevin 11 yanvar 2019-cu il tarixli sərəncamı ilə 2019-cu ilin  Azərbaycanın mütəfəkkiri və şairi Nəsiminin 650 illiyi şərəfinə “ Nəsimi ili ” elan edilməsilə  əlaqədar olaraq Nəsimi ili çərçivəsində Ağsu rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə noyabrın 6-da Ağsu şəhər 3 №-li tam orta məktəbdə “Məndə sığar iki cahan” adlı əbəbi-bədii gecə keçrilib.

Tədbirin əvvəlində Nəsiminin həyat və yaradıcılığına həsr edilmiş slayd nümayış etdirilmiş, daha sonra Ağsu rayon İcra Hakimiyyətinin, Ağsu rayon Təhsil Şöbəsinin məsul işçiləri N.Bəsirova və Ə.Məımmədov, eləcə də müəllimlər çıxış edib, Nəsimi yaradıcılığının fəlsəfəsindən danışmışlar.

Sonda  məktəb şagirdlərinin ifasında Nəsiminin həyat və yaradıcılığına həsr edilmiş musiqi parçaları, kiçik səhnəciklər nümayış etdirilib .

 


Açar sözlər: ,  ,  ,  ,