05.11.2019

Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr edilmiş tədbir keçirilib

4 noyabr tarixində Muradlı kənd tam orta  məktəbində  Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrindən biri, tanınmış publisist və tənqidçi, hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (1869-1939) anadan olmasının 150 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aqil Həsənov Əhməd bəy Ağaoğlunun həyat mübarizəsi haqda geniş məruzə ilə çıxış etdi.

Tədbirdə həmçinin  Əhməd bəyin ömür yoluna işıq salan “Millət fədaisi” adlı sənədli filmi də  nümayiş etdirilib. 30 dəqiqəlik ekran əsərində böyük şəxsiyyətin keşməkeşli və qürur dolu həyatının nümayişi   izləyiçilərə xoş anlar bəxş etdi.