02.11.2019

“Uşaq hüquqları aylığı”nın  elan edilməsi ilə bağlı  tədbir keçirilib

1 noyabr tarixində Muradlı kənd tam orta məktəbində 20 oktyabr – 20 noyabr 2019-cu il tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı”nın  elan edilməsi ilə bağlı məktəbin İş Planına uyğun olaraq tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aqil Həsənov keçrilən tədbirin əhəmiyyətini qeyd etməklə yanaşı o fikri də vurğuladı ki,bu kimi tədbirlər daimi keçrilməlidir.Çünki  şagirdlərdə şəxsiyyətə hörmət fikri formalaşır ki,bu da son nəticədə şagirdin özünün də bir vətəndaş və şəxsiyyət kimi formalaşmasına səbəb olur.

Sonda   uşaqların hüquqları ilə bağlı maarifləndirmə söhbətləri aparıldıqdan sonra bədii hissə nümayiş etdirilib

 

 


Açar sözlər: ,  ,  ,