26.10.2019

Muradlı kənd tam orta məktəbində valideyn iclası keçirilib

 25 oktyabr tarixində Muradlı kənd tam orta məktəbində valideyn iclası keçirilib.

 İclasda son illər təhsil sahəsində baş verən islahatlar valideynlərin diqqətinə çatdırılıb və şagirdlərin elektron yerdəyişməsi barədə  geniş məlumat verilib.
Müzakirə olunan məsələlərdən biri də məktəbdə müəllim-şagird, müəllim-valideyn münasibətlərinin səviyyəsi  olub.

 Müzakirələrdə iştirak edən valideynlər məktəbdə müəllimin nüfuzunun artırılmasını, məktəb-valideyn əlaqəsinin gücləndirilməsini və ciddi nizam-intizamın olmasının vacibliyini  vurğulayiblar.

 


Açar sözlər: ,  ,  ,  ,