17.10.2019

Şəhid pilot, polkovnik-leytenant Məmmədli  Famil Elman oğlunun  doğum  günü  münasibəti ilə tədbir keçrilib

16  oktyabr  tarixdə Ağsu şəhər 3 №-li tam orta məktəbdə şəhid pilot, polkovnik-leytenant  Məmmədli  Famil  Elman  oğlunun  doğum  günü  münasibəti ilə tədbir keçrilib .

Tədbirdə F.Məmmədlinin xidmət etdiyi hərbi hissənin zabitləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon Şöbəsinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxın qohumları , eləcə də digər müəssisələrdən nümayəndələr iştirak edib.

Çıxış edənlər Famil Məmmədlinin keçirdiyi  həyat yolundan, onunla bağlı xatirələrindən danışmış, videoroloklər və Ağsu şəhər 3 №-li məktəbin şagirdlərinin hazırladığı kompozisiyalar nümayiş etdirilib .

 


Açar sözlər: ,  ,  ,  ,