08.10.2019

“Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə ümumtəhsil tam orta məktəb komandaları arasında rayon birinciliyi keçrilib

8 oktyabr 2019-cu il tarixində Ağsu Rayon Gənclər və İdman İdarəsinin və Ağsu Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə payız çağrışına həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə ümumtəhsil tam orta məktəb komandaları arasında rayon birinciliyi keçrilib.

Birincilikdə 20 ümumtəhsil tam orta məktəb komandasından ümumilikdə 100 nəfər məktəbli iştirak etdi.

P.F.Mirzəyev adına şəhər 5 saylı tam orta məktəbin komandası 474 xalla yarışın qalibi adını qazanaraq rayonu zona birinciliyində təmsil etmək hüququnu əldə edib.Birincilikdə II yerə A.Nadirov adına 1 №-li məktəb-liseyin, III yerə isə S.Umbayev adına şəhər 2 saylı tam orta məktəbin komandaları layiq görülüblər.

Qalib komandalar Ağsu Rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin diplomları ilə təltif olunublar.