06.09.2019

Bölmə iclasları keçirilib

5 sentyabr 2019- cu il tarixdə Ağsu Rayon Təhsil Şöbəsi  tərəfindən Ağsu şəhər 3 nömrəli tam orta məktəbdə bölmə iclasları keçirilib və 2019-2020- ci dərs ilində ayrı –ayrı fənlərin tədrisi metodikasında yeniliklərin tətbiq edilməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Bölmə iclasında Ağsu rayon Təhsil Şöbəsinin müdiri Səftər Əlabbasov, aparıcı məsləhətçilər Əlmirzə Məmmədov, Natiq Heydərov, kadr üzrə məsləhətçi Xətai Mirzəyev, Metodkabinetin direktoru Elnur Fərzəlizadə, metodistlər Tariyel Mirzəyev , Mətləb Nuruyev,Bəxtiyar Əhmədli, Gülnar Günəşli, Cabir Alcanov çıxış edərək qarşıda duran vəzifələrdən danışıblar.