03.09.2019

Təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib

Göyçay, Ucar və Ağsu rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Müşavirədə Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, sözügedən rayonların təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Əvvəlcə hər üç rayonun təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ilinin yekunları ilə əlaqədar hesabat məruzəsi ilə çıxış ediblər.

Aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək hesabatları təhlil edib, rəy və tövsiyələrini bildirib. Fərzəli Qədirov ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə son illərdə təhsil sahəsində əldə edilən nailiyyətlər, o cümlədən konfransda iştirak edən rayonların keyfiyyət göstəriciləri barədə məlumat verib.

Aparat rəhbərinin müavini hesabatlarda səsləndirilən təkliflərə rəy bildirib, yeni tədris ilində əsas fəaliyyət istiqamətləri, qarşıda duran hədəfləri diqqətə çatdırıb.

Sonda konfrans iştirakçılarının rəy, təklif, eyni zamanda sorğuları dinlənilib və cavablandırılıb.