15.06.2019

“Son zəng” tədbirləri keçirilib

 14 iyun tarixində  Ağsu rayonunun ümumtəhsil məktəblərində  “Son zəng” tədbirləri   təntənəli şəkildə qeyd olunub.

 Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ağsu Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin əməkdaşları, valideyn komitələri, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.

Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük hazırlıq işləri aparılıb.

Tədbirlərdə təhsilin inkişafı ilə bağlı dövlət siyasətindən, dövlətimizin təhsilin inkişafına xüsusi önəm verilməsindən danışılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tərəfindən xalqımızın gələcəyi olan uşaqlara göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlərin Ağsu  rayonunda da əksini tapması qeyd olunub.

Tədbirlərdə həmçinin 2018-2019-çu tədris ilində təlim və tədrisdə  fərqlənən şagirdlər fəxri fərman və qiymətli  hədiyyələrlə də təltif olunublar. 


Açar sözlər: ,  ,  ,