13.06.2019

“15 iyun –Milli Qurtuluş Günü” münasibətilə  voleybol idman növü üzrə rayon çempionatı keçrilib

Ağsu Rayon Gənclər və İdman İdarəsinin və Ağsu Rayon Təhsil  Şöbəsinin birgə təşkilatçılığı ilə 13 iyun 2019-cu il tarixdə Ağsu şəhər A.Nadirov adına 1 №-li məktəb-liseydə “15 iyun –Milli Qurtuluş Günü” münasibətilə idarə,təşkilat,müəssisə komandaları, habelə həvəskarlar arasında voleybol idman növü üzrə rayon çempionatı keçirilib.

Olimpiya sistemü üzrə (uduzan çıxır ) keçrilən yarışda 15 komanda olmaqla 154 nəfər idmançı iştirak edib . Yarış başlamazdan əvvəl Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri Əlmirzə Məmmədov və Natiq Heydərov çıxış edərək Milli Qurtuluş gününün tarixi ilə bağlı mərasim iştirakçılarına geniş məlumat veriblər .

Çoxsaylı tamaşaçılar tərəfindən izlənilən  və  gərgin idman mübarizəsi şəraitində keçrilən yarışda Ağsu Rayon Təhsil Şöbəsinin komandası  birinci yeri tutaraq cempionatın kubokunu qazanıb.

Sonda  yarışın qaliblərinə Ağsu Rayon Gənclər və İdman İdarəsinin və  Ağsu RTŞ-nin diplom və qiymətli hədiyyələri təqdim olunub.