11.06.2019

İsmayıl Şıxlının 100 illiyi münasibətilə  tədbir keçirilib

10 iyun tarixində Muradlı kənd tam orta məktəbində  Azərbaycanın xalq yazıçısı, özünün  roman, povest və hekayələri ilə oxucuların dərin rəğbət və məhəbbətini qazanmış İsmayıl Şıxlının 100 illiyi münasibətilə  tədbir keçirilib.

 Tədbirin əvvəlində  məktəbin direktoru  A.Həsənov çıxış edərək yazıçının yaradıcılığı haqqında geniş və dolğun məlumatlari iştirakçıların nəzərinə çatdırıb.

 Daha sonra  şagirdlərin çıxışlarında  ədibin qələmə aldığı əsərlər, əsərlərdəki  müsbət və mənfi qəhrəmanların obrazları təhlil  edilib, videoçarxlar  əsasında çəkilmiş filmlərdən fraqmentlər nümayiş olunub. 

 Sonda fərqlənən şagirdlərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim  edilib.
 


Açar sözlər: ,  ,  ,  ,