03.06.2019

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasıbətilə bayram tədbiri keçirilib

 31 may  tarixində Muradlı kənd tam orta məktəbində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasıbətilə bayram tədbiri keçirilib. 

 Tədbirdə məktəbin ibtidai sinif şagirdləri və müəllimləri iştirak ediblər. Tədbir müddətində şagirdlər müxtəlif şeirlər söyləyiblər, mahnılar oxuyublar və səhnəciklər göstəriblər.

 Tədbir   şagirdlərin biri-birindən gözəl rəqslər ilə daha da şən və yaddaqalan olub. 

 Sonda tədirdə fərqlənən şagirdlər  məktəb rəhbərliyi tərəfindən mükafatlandırılıblar.
 


Açar sözlər: ,  ,  ,  ,