28.05.2019

28 May Respublika Günü  rayonun bütün ümumtəhsil məktəblərində qeyd olunub

Xalqımızın şanlı tarixinə daxil olan 28 May Respublika Günü-Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günü rayonun bütün ümumtəhsil məktəblərində qeyd olunub.

Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Kiçik zaman kəsimində fəaliyyət göstərməsinə  baxmayaraq  dövlətçilik tariximizdə xüsusi yer tutan  28 May tarixi  bu il də vətənimizin  hər bir guşəsində olduğu kimi Ağsuda da  böyük coşğu ilə qeyd olunub.

Bu məqsədlə bütün təhsil ocaqlarında tədbirlər, diskussiyalar,rəsm müsabiqələri keçirilməklə bərabər həm də  şagirdlərə Azərbaycan Xalq Cümhuriyyəti haqda ətraflı məlumat verilib.

 

 


Açar sözlər: ,  ,  ,  ,  ,  ,