23.05.2019

Voleybol idman növü üzrə rayon birinciliyi keçrilib

Ağsu Rayon Gənclər və İdman İdarəsinin Ağsu Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 22-23 may 2019-cu il tarixdə Ağsu şəhər A.Nadirov adına 1 saylı  məktəb-liseydə “28 may – Respublika Günü”nə həsr olunmuş tam orta ümumtəhsil  məktəblərinin  oğlanlardan ibarət komandaları arasında voleybol idman növü üzrə rayon birinciliyi keçrilib.

Turnirdə  ümumilikdə 13 ümumtəhsil tam orta məktəb komandasın təmsil edən  125 nəfər idmançı iştirak edib.

Yarış Olimpiya sistemi üzrə (uduzan çıxır) keçrilib.

Yarışda  I yerə S.Mütəllimov adına Gəgəli kənd tam orta məktəbin, II yerə V.Məmmədov adına Çiyni kənd tam orta məktəbin, III yerə isə H.Hüseynov adına Qaraqoyunlu və M.Kərimov adına Növcü kənd tam orta məktəbin komandaları layiq görülüblər.

Yarış qaliblərinə Ağsu Rayon Gənclər və İdman İdarəsi və Ağsu Rayon Təhsil Şöbəsi tərəfindən   diplom və qiymətli hədiyyələr təqdim olunub.

 


Açar sözlər: ,  ,  ,  ,  ,