23.05.2019

Olimpiya cempionluğuna doğru 

17-18 may tarixində Türkiyə Respublikasının Ordu şəhərində taekvando idman növü üzrə beynəlxalq  turnir keçirilib.

Yeniyetmələrdən   ibarət  Azərbaycan milli komandasının tərkibində çıxış edən Ağsu məktəbləri – Pünhan Mürsəlov və Vaqif Hacıyev yarışda uğurla çıxış ediblər.Pünhan Mürsəlov birinci yeri, Vaqif Hacıyev isə ikinci yeri tutaraq böyük uğura imza atıblar.

O da qeyd olunmalıdır ki, Pünhan Mürsəlov və Vaqif Hacıyev bu qəbildən olan  yarışlarda həmişə fəxri kürsünün ən yüksək pilləsində yer tuturlar.

Hər iki şagirdin taekvando müəllimi olan Vüqar Kərimov isə söhbət əsnasında bidirdi ki, Pünhan Mürsəlov ,Vaqif Hacıyev və Fuad Yusifov ən prespektivli idmançılardır və onlar gələcəkdə  bu idman növündə Azərbaycanı  layiqincə təmsil edərək olimpiya çempionu olmaq səviyyəsinə yüksələ bilərlər.

O da qeyd olunmalıdır ki, Vüqar Kərimov özü də   taekvando idman növü üzrə Azərbaycanı  beynəlxalq dərəcəli yarışlarda yüksək səviyyədə təmsil edib.

Ağsu Rayon Təhsil Şöbəsinin kollektivi  də bu şərəfli işdə Vüqar müəllimə uğurlar arzulayır və ümüd edir ki, onun yetirməsi olan   şagirdlər gələcəkdə Azərbaycanın bayrağını  ən yüksək  zirvələrə qaldıracaqlar.