19.05.2019

İntellektual oyun üzrə  regional məktəb çempionatının rayon turu keçrilib

 18 may tarixində Ağsu  Rayon Təhsil Şöbəsinin təşkilatçılığı  ilə təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq hər il olduğu kimi bu ildə intellektual oyun üzrə  regional məktəb çempionatında iştirak edəcək komandanı və şagirdləri  müəyyən etmək üçün VIII-IX-X siniflərdən ibarət məktəblilər üçün rayon çempionatı keçirilib.

 Ağsu şəhər 1 saylı məktəb-liseydə  keçirilən və "Nəsimi ili"-nə həsr edilən intellektual oyunda rayonun 12 ümumtəhsil məktəbinin komandası iştirak edib.

 Münsiflər heyəti tərəfindən qiymətləndirilən cavablara uyğun olaraq sonda şəhər 1 saylı məktəb-liseyin komandası qalib gələrək 25 may tarixində Göyçay şəhərində keçiriləcək regional məktəb çempionatında rayonu  təmsil etmək hüququ qazanıb.