06.05.2019

 Uşaq əməyinin istismarının qarşısının alınması məsələləri ilə əlaqədar maarifləndirici seminar-müşavirə keçrilib

6 may  tarixin Ağsu  Rayon  Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 16 saylı Region üzrə Əmək Müfəttişliyinin təşəbbüsü  ilə əmək  qanunvericiliyi sahəsində işəgötürənlərin  maarifləndirilməsi, əmək qanunvericiliyinin tətbiqinin təbliği, uşaq əməyinin istismarının qarşısının alınması məsələləri ilə əlaqədar maarifləndirici seminar-müşavirə keçrilib.

Tədbirdə ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər .

Seminar-müşavirədə 16 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsini icra edən İkram Rzayev, bəmək müfəttişləri Nəriman Ələkbərov, Mirbağır Mustafayev Əmək Müfəttişi Vaqif Alcanov, Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik iş aparan qrupun baş inspektoru Elman Səfərov, Ağsu RTŞ-nin kadr üzrə məsləhətçi Xətai Mirzəyev çıxış ediblər .

Tədbirin sonunda iştirakçıların suallarına cavablar verilib və fikir mübadiləsi aparılıb

 


Açar sözlər: ,  ,  ,  ,  ,