16.04.2019

 “Yol hərəkətini birlikdə  öyrənək” mövzusunda maarifləndirici  tədbir keçirilib

15 aprel tarixində Mahmud Rəhimov adına Musabəyli kənd tam orta  məktəbində “Yol hərəkətini birlikdə  öyrənək” mövzusunda maarifləndirici  tədbir keçirilib.

Tədbirdə  məktəbin  müəllim-şagird  kollektivi ,valideyinlər  və digər  şəxslər  iştirak edib.Tədbiri giriş sözü ilə  məktəbin  direktoru Afaq Abdullayeva acaraq  qeyd  etdi ki,  bu günün məktəbi  bilik  və  savad verməklə  yanaşı həm də lazımı  bacarıqları   da  hər bir şagirdə  formalaşdırmalıdır.

Tədbir şagirdlərin ifasında  yol  hərəkəti  qaydalarının  müxtəlif  anlarına həsr  olunan  səhnəçiklərlə  davam etdirilib.