11.04.2019

Kompleks monitorinq keçirilib

9 aprel tarixində Muradlı kənd tam orta məktəbində Ağsu Rayon Təhsil Şöbəsi tərəfindən kompleks monitorinq keçirilib.

Rayon Təhsil Şöbəsinin müdiri S.Əlabbasovun  əmri ilə yaradılmış komissiyya tərəfindən  məktəbdə təhsilin kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi , inventar avadanlıqlarının istifadəsi, müxtəlif fənlərin tədrisi və sair məsələlərin  vəziyyəti araşdırılıb.

Sonda komissiyanın və məktəb kollektivlərinin iştirakı ilə geniş tərkibdə iclas keçirilib.Müəyyən edilmiş nöqsanlar diqqətə çatdırılıb, tövsiyə və məsləhətlər verilib.