06.04.2019

Ağacəkmə aksiyası kecrilib

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə aprelin 5-də Ağsu rayonunda aztəminatlı ailələr üçün meyvə bağlarının salınmasında Ağsu Rayon Təhsil Şöbəsi və məktəblər də yaxından iştirak ediblər.

Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tədbir iştirakçıları  qarşısında çıxış edərək IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiyanın sosial-iqtisadi əhəmiyyətindən danışıb.
      Ağacəkmə aksiyası zamanı rayonun Aratlı Curuğlu Bələdiyyəsi ərazisində ayrılan 2 hektar ərazidə 1000 ədəd nar ağacı əkilib.
Meyvə ağaclarının əkilməsi üzrə pilot layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra bir sıra digər rayonlarda salınaraq, aztəminatlı ailələrin, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.

Qeyd edək ki, Ağsu rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyaya 200 nəfərdən çox yerli gənc və məktəbli  könüllü olaraq qoşulub.