06.04.2019

Xarici dilləri tədris edən müəllimlərin seminarı keçrilib

5 aprel tarixdə Ağsu rayonunun ümumtəhsil məktəblərində xarici dilləri tədris edən müəllimlərin növbəti seminarı keçrilib.

Seminarda Ağsu RTŞ-nin müdiri S.Əlabbasov və şöbənin digər  əməkdaşları, həmçinin  məktəb  direktorları,müəllimlər  iştirak ediblər .

Keçrilən seminarda Rayon Təhsil Şöbəsinin xarici dillər üzrə metodisti Mətləb Nuriyev 2017-2018-ci tədris ili üzrə rayon məktəblərinin buraxılış imtahanlarının nəticələrinə həsr olunmuş arayışla çıxış edib.Arayışda eyni zamanada imtahandan sonrakı vaxt ərzində qarşıda duran vəzifələr barədə də məlumat verilib .

Seminarda xarici dillərin tədrisinin və imtahan nəticələrinin daha da yaxşılaşdırılması üçün hazırlanmış tədbirlər planı da müzakirə edilərək bəyənilib.

Sonda tədbir iştirakçıları bu qəbuldən olan tədbirlərin mütəmadi xarakter almasının məqsədəmüvafiq olduğunu vurğulayıblar.

 


Açar sözlər: ,  ,  ,