01.04.2019

Növbəti təhsilyanı şura iclası keçirilib

30  mart   tarixində  Ağsu Rayon Təhsil Şöbəsinin növbəti təhsilyanı şura iclası keçirilib.

İclasda Təhsil Şöbəsinin əməkdaşları, rayonun ümumtəhsil və məktəbdənkənar müəssisələrinin direktorları iştirak edib.

Ağsu RTŞ-nin müdiri Səftər Əlabbasov iclası açıq elan edərək  gündəlikdə  duran  məsələləri iştirakçıların nəzərinə çatdırıb.

Gündəlikdə duran məsələlərlə bağlı ümumtəhsil məktəblərində  aparılmış monitorinqlərin nəticələri müzakirə edilərək  arayışlar oxunub.

İclasda həmçinin IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi,fənn olimpiadalarının respublika  mərhələsinin yarımfinal  turu və sair kimi məsələr də müzakirə edilib

Sonda növbəti şura iclasının gündəliyi təsdiq edilib.