30.03.2019

31 mart -"Azərbaycanlıların Soyqırımı Günü"nə  həsr olunmuş anım tədbiri keçirilib

30 mart tarixdə Muradlı kənd tam orta məktəbində 31 mart - "Azərbaycanlıların Soyqırımı Günü"nə  həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər bildiriblər ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Kecrilən tədbirin iştirakcılarından olan yaşlı kənd sakinləri isə öz cıxışlarında bu  faciənin iştirakcıları olan şəxslərdən eşitdiklərini tədbir üzvlərinə catdırdılar. 

Tədbirdə şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar göstərilib, şeirlər səsləndirilib.

Sonda tədbir iştirakçıları yekdilliklə bir fikri vurğuladılar ki,bu kimi facıələr bizi daha da mətinləşdirməli və düşmənə bir də imkan verməməliyik ki, bu kimi facıələr törədə bilsin.