30.03.2019

"Vətənin Müdafiəsinə Hazıram" poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

Ağsu rayon Gənclər və İdman idarəsinin və Ağsu Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 28-29 mart 2019-cu il tarixlərdə Ağsu şəhər P.F.Mirzəyev adına 5 saylı tam orta məktəbdə "Vətənin Müdafiəsinə Hazıram" poliatlon çoxnövçülüyü üzrə ümumtəhsil tam orta məktəb komandaları arasında rayon birinciliyi keçrilib.

Birinciliyin keçirilməsində məqsəd  çağırışçı gəncləri Vətənin müdafiəsinə fiziki, mənəvi cəhətdən hazırlamaq, gənclərdə Vətənə məhəbbət hissini aşılamaq və rayonumuzu zona mərhələsində təmsil edəcək komandanı müəyyən etməkdən ibarət olub.

 İki gün davam edən yarış 4 növçülük üzrə (turnikdə dartınma, qumbara atma, 100 və 2000 m məsafələrə qaçış) keçrilib.

Yarışda 18 ümumtəhsil tam orta məktəb komandasından ümumilikdə 90 nəfər məktəbli iştirak edib.

 Birincilikdə I yerə N.Mirzəliyev adına Ağarx kənd tam orta məktəbin, II yerə P.F. Mirzəyev adına şəhər 5 saylı tam orta məktəbin, III yerə isə S.Umbayev adına şəhər 2 saylı tam orta məktəbin komandaları layiq görülüblər.

 Qalib komandalara Ağsu rayon Gənclər və İdman idarəsinin diplom və qiymətli hədiyyələri təqdim olunub.