19.02.2019

Respublika fənn olimpiadalarının rayon mərhələsinin nəticələri açıqlanıb

Respublika fənn olimpiadalarının rayon mərhələsinin nəticələrinə  əsasən, Azərbaycan dili və ədəbiyyat ,tarix, coğrafiya, riyaziyyat fənləri   üzrə 40 faiz və yuxarı nəticə göstərmiş 30 nəfər şagird   olimpiadaların növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.

Rayonun ümumtəhsil məktəbləri arasında A.Nadirov adına Ağsu şəhər 1 saylı məktəb-liseydən  daha yüksək nəticə göstərdiyi üçün  15 nəfər, Dilman və Muradılı kənd tam orta məktəblərinin  hər birindən 3 nəfər, Ərəbmehdibəy kənd tam orta məktəbindən 2 nəfər, Çiyni, Ərəbuşağı, Musabəyli, Qaraqoyunlu kənd tam orta məktəblərin hərəsindən  isə 1 nəfər şagird növbəti mərhələyə vəsiqə qazanıb.