15.02.2019

“Unutsaq unudularıq”

 12 fevral tarixində Ağsu şəhər 3 saylı  tam orta məktəbin müəllim və şagirdlərindən ibarət bir qrup aprel döyüşlərində qəhrəmanlıq göstərərək  şəhid olmuş Toğrul Fərəczadənin Ağsu şəhərinin mərkəzində onun xatirəsinə tikilmiş bulağı ziyarət etmişlər.

Şagirdlər bulaq ətrafında təmizlik və abadlıq işləri görmüş, coxlu sayda gül- çiçək və həmşəyaşıl ağaclar əkmişlər.

Tədbir iştirakçıları  Toğrul Fərəczadənin qəhrəmanlığı  haqqında ətraflı  fikir mübadıləsi aparmış, onun  qəhrəmanlığının  hər bir  məktəbli üçün örnək ola biləcəyi də  vurğulanmışdır.

Sonunda şagirdlər Toğrul Fərəczadəyə həsr olunmuş şeirlər söyləmişlər. 


Açar sözlər: ,  ,  ,  ,