08.02.2019

“Müasir Azərbaycan tarixinin qəhrəman övladları” mövzusunda anım tədbiri keçrilib

7  fevral tarixində Rafiq Hüseynov adına Kəndoba kənd tam orta məktəbində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “ Müasir Azərbaycan tarixinin qəhrəman övladları ” mövzusunda anım tədbiri keçrilib .

Biologiya müəllimi Ziba Məmmədovanın təşkilatçılığı ilə baş tutan tədbirdə məktəbin müəllim və şagirdlərindən başqa, Rayon Təhsil Şöbəsinin əməkdaşları, eləcə də yaxın məktəblərindən də nümayəndələr iştirak edib .

Azərbaycan  ordusunun və Mübariz İbrahimovun qəhrəmanlığını tərənnüm edən şeir və səhnəcik nümunələri ilə zəngin olan proqram işrikakçılara təqdim edilib.

Çıxış edən natiqlər isə  belə bir fikri vurğuladılar ki, Mübariz kimi igidlər hər zaman olub və olacaqdır .

Sonda tədbir iştirakçıları Mübriz İbrahimova və Azərbaycanın digər qəhrəmanlarına həsr edilmiş rəsm sərgisi ilə taniş oldular .

 


Açar sözlər: ,  ,  ,  ,