07.02.2019

Açıq dərs keçirilib

 5 fevral tarixində Musabəyli kənd tam orta məktəbində bu il müəllimlərin işə qəbulu müsabiqəsində  51 bal toplayaraq sözügedən məktəbə kimya müəllimi təyin edilən Aynur Xələfovanın 11- ci sinifdə “Monosaxaridlər.Qlükoza” mövzusunda açıq dərsi keçirilib.

Açıq dərsdə məktəbin bir qrup müəllimi , Rayon Təhsil Şöbəsinin əməkdaşları iştirak edib.

Dərs prosesində əyani vəsaitlərdən , təcrübə nümunələrindən və qiymətləndirmə vəsaitlərindən istifadə edildi.Dərsdə motivasiya düzgün  qurulduğuna  görə şagirdlər yüksək fəallıq göstərdilər.

 Sonda müəllim qiymətləndirməni həyata keçirtdi.

        Dərs prosesindən sonra isə  geniş tərkibdə  dərsin müzakirəsi aparıldı. 


Açar sözlər: ,  ,  ,  ,