05.12.2018

“Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda maarifləndirici tədbir keçirilib

4 dekabr 2018-ci il tarixində Muradlı kənd tam orta məktəbində Muradlı, Qaraqoyunlu, İlxıçı, Təklə və Musabəyli kənd tam orta məktəblərinin X, XI sinif şagirdlərinin iştirakı ilə “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Nürəddin İslamov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağsu rayonuüzrə nümayəndəsi Seyidkamil Həsənli, Ağsu Rayon İcra Hakimiyyətinin ictimai və hümanitar məsələlər üzrə şöbəsinin nümayəndəsi Kənan Tacızadə, Ağsu Rayon Təhsil Şöbəsinin metodisti Bəxtiyar Əhmədli iştirak ediblər.Çıxış edənlər milli-mənəvi dəyərlərimizin qorunması, gələcək nəsillərə çatdırılması, gənc nəslin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması, adət-ənənələrimizin qorunub saxlanması üçün  belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.


Açar sözlər: ,  ,  ,