28.11.2018

Şahmat  üzrə  “Məktəblər arasında respublika çempionatı”nın rayon mərhələsi keçirilib

22-26 noyabr 2018-ci il tarixlərdə Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində Şahmat fənni tədris olunan pilot məktəblərin “Məktəblər arasında respublika çempionatı”nın rayon mərhələsi keçirilib. Yarışda 7 məktəbin idmançıları iştirak ediblər. Maraqlı və gərgin keçən yarışda komanda hesabında 1-ci yeri 2 №-li məktəb, 2-ci yeri 5 №-li məktəb, 3-cü yeri 3 №-li məktəb,4-cü yeri isə Pirhəsənli kənd tam orta məktəbi tutub.

Qalib məktəblər Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təhsil” Respublika İdman Mərkəzinin diplomları ilə, siniflər üzrə 1,2,3-cü yerləri tutan şagirdlər isə RTŞ- nın, Ağsu rayon Gənclər və İdman İdarəsinin, Ağsu rayon UGİŞM - nin birgə təsis etdiyi diplomlarla mükafatlandırılıblar.

 


Açar sözlər: ,  ,  ,  ,