21.11.2018

 Mikayıl  Müşfiqin  anadan olmasının 110 illiyinə  həsr olunmuş tədbir keçirilib

    21 noyabr  tarixində 1 nömrəli məktəb-liseydə  Mikayıl  Müşfiqin  anadan olmasının 110 illiyinə  həsr olunmuş tədbir keçirilib. Ibtidai sinif müəllimləri  Qumru İsmayılova və Bircəqız  İsgəndərovanın birgə təşkilatçılığı ilə baş tutan tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib. Çıxış edən natiqlər bidiriblər ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. Xalqı, vətəni sevən şairlər heç zaman ölmür və unudulmurlar.

    Tədbirdə dərin emosionallığın, ahəngdarlığın, yığcamlılığın  Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləri olduğu xüsusi vurğulanıb. Şairin lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaratdığı diqqətə çatdırılıb.

    Sonda şagirdlərin ifasında şairin şeirləri səsləndirilmiş, onun sözlərinə bəstələnmiş mahnılar ifa edilib.

 


Açar sözlər: ,  ,  ,