20.11.2018

 Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib

    17 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib.Kampaniyada Ağsu şəhər 5 saylı və Ərəbuşağı kənd tam orta məktəblərindən 80 nəfər təhsil işçisi iştirak edib. Həmin gün təhsil ocaqlarının hər birinin həyətində 100 ədəd ağac əkilib. Çalalar mütəxəssislərin nəzarəti altında qazılıb, əkilən ağacların dibi suvarılaraq bərkidilib.

    Tərtib olunan qrafikə əsasən, noyabrın 18-də ağacəkmə kampaniyası şəhər 3 saylı və Daşdəmirbəyli kənd tam orta məktəblərinin ərazilərində  də həyata keçiriləcək.

 


Açar sözlər: ,  ,  ,  ,