17.11.2018

"Diskussiya - dərs" keçirilib

14 noyabr   tarixində   Muradlı kənd  tam orta məktəbinin  8-ci sinfində , tarix fənnindən "Yaşadığımız ərazinin abidələri, maddi və mədəni nümunələri"  barədə   "Diskussiya - dərs" keçirilib. Dərsdə Ağsunun tarixi və mədəni abidələri barədə şagirdlər arasında maraqlı   fikir   mübadiləsi  aparılıb.

Dərsdə həcinin Azərbaycanın tarixinə aid  xəritələr toplusundan da istifadə  edilərək tarixi abidələrin  yerləşmə yerləri şagirdlərə bir daha çatdırılıb.

Dərsin  sonunda Azərbaycan tarixinə dair sənədli film də nümayiş olunub.


Açar sözlər: ,  ,