14.11.2018

Konstitusiya günü münasibətilə tədbir keçirilib

   12  noyabr  tarixində Muradlı kənd tam orta məktəbində Konstitusiya günü münasibətilə tədbir keçirilib. Dövlət təsisatlarının fəaliyyətində, həmçinin  hüquqi və demokratik dövlət quruculuğunda konstitusiyanın rolu tədbir iştirakçılarına çatdırılıb.

   Tədbirdə  o da, qeyd olunub ki,  Ümummilli liderimiz Heydər  Əliyevin  rəhbərliyi  ilə fəaliyyət göstərən   komissiya Azərbaycan Respublikasının konstitusiya layihəsini hazırlayaraq   referendum yolu ilə xalqın müzakirəsinə təqdim edilib.İnsan və hüquq azadlıqlarının  təmin olunmasının geniş yer aldığı konstitusiya layihəsi  isə mütləq  səs coxluğu ilə  xalq tərəfindən qəbul edilmişdir.

   Sonda  tədbir bədii hissə ilə davam etdirilib.


Açar sözlər: ,