15.10.2018

Yeni məktəb binası istifadəyə verilib

Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Göydəlləkli kənd ümumi orta məktəb üçün dövlət vəsaiti hesabına 80 yerlik modul tipli bina tikilərək istifadəyə verilib. Yeni məktəb binasının istifadəyə verilməsi ilə əlaqədar 12 oktyabr 2018 –ci il tarixdə valideynlərin, müəllim və şagirdlərin iştirakı ilə açılış mərasimi keçirilib.

Mərasimi məktəbin direktoru H.Abdullayev açıq elan etmiş, dövlət himni səslənib .

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Ə.Seyidəliyev çıxış edərək təhsilin inkişafına dövlət qayğısından danışib, respublika prezidenti Cənab İ.Əliyevin bu sahəyə qayğısı böyük minnətdarlıq hissi ilə qeyd edilib.

O həm də qeyd edib ki, belə gözəl bir binanın istifadəyə verilməsi müəllim və şagirdlər qarşısında böyük vəzifələr qoyur.

Açılış mərasimində həmçinin Ağsu rayon Təhsil Şöbəsinin müdiri S.Əlabbasov, Göydəlləkli kənd sakini , şəhid qardaşı T.Ağaverdiyev, məktəb Uşaq Birliyi rəhbəri A.Kərimova, məktəbin direktoru H.Abdullayev çıxış ediblər. Məktəbin şagirdləri mahnı və şeirlər ifa ediblər .

Çxış edənlər göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda sinif otaqları, kabinetlərlə tanışlıq olub.