08.10.2018

Beynəlxalq Müəllimlər  Günü münasibətilə tədbir keçrilib

5 oktyabr 2018-ci il tarixdə Beynəlxalq Müəllimlər  günü münasibətilə Ağsu rayon müəllimlərinin bayram tədbiri keçrilib.

Tədbiri giriş sözü ilə Ağsu rayon Təhsil Şöbəsinin müdiri S.Əlabbasov açaraq tədbir iştirakçılarını və bütün rayon müəllimlərini 5 oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə  təbrik edib.

Rayon İcra hakimiyyəti başçısının hümanitar məsələlər üzrə müavini S.Mirzəyeva və təhsil işçiləri Azad Həmkarlar İttifaqı Ağsu rayon təşkilatının nümayəndəsi İ.Nurəhmədov çıxışlarında müəllim əməyinin cəmiyyətmizdə oynadığı roldan danışıblar və təmsil etdiyi təşkilat adından müəllimləri təbrik ediblər.

Sonda bir qrup müəllimə   Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin fəxri fərmanları təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülən  Ağsu şəhər 3 № li tam orta məktəbin müəllimi B.Nəmətova, “Tərəqqi” medalı ilə təltif edilən   Daşdəmirbəyli kənd tam orta məktəbin müəllimi K.Rüstəmov çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə görə respublika Prezidenti cənab İ.Əliyevə minnətdarlıqlarını bildiriblər .

 


Açar sözlər: ,  ,  ,  ,