03.10.2018

Məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb

Oktyabrın 1-də rayonun 28 ümumtəhsil məktəbində yaradılmış 35 məktəbəhazırlıq qrupunda məşğələlər başlayıb.

Məktəbəhazırlıq qrupları rayonun müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərində təşkil olunmaqla , həmin  qruplarda diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş, IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri məşğələləri tədris edir.Müəllimlər “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlimlərdən  keçiblər.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib